Nohurqışlaq kəndində güclü küləyin aşırdığı ağaclar magistral yoldan götürülüb - FOTO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü külək səbəbindən Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində 2 ədəd irigövdəli ağacın aşması və nəticədə magistiral yolun bağlanması barədə məlumat daxil olub. Nazirliyin Mətbuat xidmətindən SİA-ya bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunublar. Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacların hissələrə kəsilərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB