Fövqəladə Hallar Nazirliyi qanunsuz tikinti işlərinin qarşısını alıb - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Göygöl rayonunun Qızılca kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Əmlak Məsələləri Dövlət Xidməti və Göygöl Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirdikləri tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili söküb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB