Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu

İyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atəşə tutulub. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə