Ağdaş rayonunda azyaşlı itkin düşüb

Ağdaş rayonunda azyaşlı itkin düşüb. SİA xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 241-ci kilometrliyi yaxınlığında baş verib.

Həmin ərazidəki Ləki kanalına balıq tutmağa gedən 2018-ci il təvəllüdlü Adəm Musayev geri qayıtmayıb.

Yaxınları bildirib ki, Adəm günorta saatlarında itkin düşüb.

Müraciətlə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə