Qubada 2 tondan çox çətənə kolu məhv edildi

“Xaş-xaş-2024” şərti adı altında Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan SİA-ya bildirilib ki, rayonun Digah kəndi ərazisində 1,5 hektar torpaq sahəsində yabanı bitmiş 2 ton 378 kiloqram çəkidə 8143 ədəd çətənə kolu aşkarlanaraq yandırma yolu ilə məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə