Beyləqanda yol qəzası: iki nəfər ölüb, iki nəfər yaralanıb

Beyləqan rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonunun Bünyadlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ-2107" markalı və "Mercedes Sprinter" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ" da olan 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə