Füzuli-Ağdam yolunda baş verən qəzada iki nəfər ölüb

Füzuli-Ağdam yolunda baş verən qəzada iki nəfər ölüb

Bu gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirirək yol kənarında dayanan traktora dəyib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, nəticədə sürücü və sərnişini M.Musədirov hadisə yerində həyatlarını itiriblər.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə