Sabirabad rayonu ərazisində yanğın baş verib. Yanğın zamanı iribuynuzlu heyvanlar tələf olub, tövlə və ot bağlamaları yararsız hala düşüb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Sabirabad rayonunun Xankeçən kənd sakini Fəranə Hacıyevaya məxsus təsərrüfatda qeydə alınıb. Yanğın nəticəsində sahəsi 30 kvadratmetr olan tövlə, 2 baş iribuynuzlu heyvan və 500 ədəd ot bağlaması yanıb.
Hadisə yerinə FHN-in yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub. Alov söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB