Minik avtomobili traktorla toqquşub...

Minik avtomobili traktorla toqquşub...
Tovuzda minik avtomobili traktorla toqquşub.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ- 21011 markalı avtomobil Belarus markalı traktoru ötmə əməliyyatını yerinə yetirərkən idarə etməni itirib. Nəticədə nəqliyyat yol kənarındakı işıq dirəyinə çırpılıb. VAZ -21011-də olan sərnişinlər, Hunanlar kənd sakinləri 77 yaşlı Güllü Alıyeva və onun bacısı Salatın Abdullayeva xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB