İyunun 19-da paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1997-ci il təvəllüdlü Adil Xəyal oğlu Talıbovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Mətləb Müşfiq oğlu Süleymanlı polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB