Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini həbs olunub

Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini həbs olunub

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində, iyunun 10-da rayon ərazisində paytaxt sakininə məxsus pulqabından 100 manat, 600 ABŞ dolları və 320 avro oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Məhəmməd Səmədov müəyyən olunaraq saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Hazırda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə