Ryazan vilayətində baş verən yol qəzasında 8 nəfər ölüb

Ryazan vilayətində baş vermiş güclü qəza nəticəsində 8 nəfər ölüb, 13 nəfər yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə vilayət prokurorluğu öz Telegram kanalında xəbər yayıb.

İdarədən verilən məlumata görə, M-5 avtomobil yolunun 273-cü km-də Şilovski rayonu ərazisində 4 avtomobil toqquşub. ...Hadisə nəticəsində 21 vətəndaş xəsarət alıb, onlardan 8-i hadisə yerində ölüb, 13-ü müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilib, o cümlədən üç azyaşlı... Məlumatda belə qeyd olunur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə