Bakıda oteldən oğurluq edilib

Paytaxtın Səbail rayonu ərazisində yerləşən otellərin birindən 500 avro, dəyəri 280 manat olan qulaqlıq və 2 ədəd bank kartının oğurlanması barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Murad Bayramov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə