Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb - DİN

İyunun 17-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 19, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə