Ziya Bünyadov prospektində yol qəzası olub

Paytaxtın Nərimanov rayonunun Ziya Bünyadov prospektində yol qəzası olub, sıxlıq yaranıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Poladəritmə zavodunun qarşısında, köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən həm metronun "Koroğlu", həm də "20 Yanvar" stansiyaları istiqamətində sıxlıq yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə