Biləsuvarda yol qəzası baş verib - xəsarət alanlar var

Biləsuvar rayonunda yol qəzası baş verib, xəsarət alanlar var. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Ağalıkənd kənd ərazisində qeydə alınıb.

Belə ki, “BMW” markalı minik avtomobili yolun kənarında dayanan "Niva" markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində rayon sakinləri, 1998-ci il təvəllüdlü Vüqar Hüseynov və 1977-ci il təvəllüdlü Raqib Əliyev xəsarət alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə