Bərdədə 22 kq-lıq 105 çətənə kolu aşkarlanıb - FOTO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin qanunsuz olaraq kultivasiyasını təşkil edən rayon sakini Elşən Rüstəmov saxlanılıb. SİA xəbər verir ki, onun Lənbəran kəndində yerləşən həyətyanı sahəsinə baxış keçirilən zaman çəkisi 22 kiloqramdan artıq olan 105 ədəd çətənə bitkisi aşkar edilib.

Faktla bağlı cinayət iși başlanılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə