Tatuaj ustasına müştərisinin ölümü ilə bağlı ittiham irəli sürülüb

...Sankt-Peterburqdan ev studiyası təşkil edən döymə ustası təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərməkdə ittiham olunub.

SİA-nın əldə etdiyi məlumata görə, barədə Sankt-Peterburqdan “Moskovskiy komsomolets” yazıb.

Qeyd edək ki, bir mddət bundan əvvəl 24 yaşlı qız evdə döymə seansından sonra dünyasını dəyişib.

Hazırda müstəntiqlər faciənin bütün təfərrüatlarını müəyyənləşdirməyə çalışırlar.

Xatırladaq ki, sənətçinin müştərisinin döymə seansı zamanı halı pisləşib.

Təcili yardım gələndən sonra qız yarım saata yaxın huşsuz vəziyyətdə qalıb.

O, kliniki ölüm vəziyyətində xəstəxanaya aparılıb. Tezliklə bədbəxt qız ölüb.

Həkimlər mərhumun anesteziklə vurulan iynədən zəhərləndiyini güman edirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə