Culfada kombayn və taxıl sahəsi yanıb - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayonu Yaycı kəndində kombaynda və taxıl sahəsində yanğının baş verməsi barədə məlumat daxil olub. SİA-nın Naxçıvan bürosu xəbər verir ki, dərhal Culfa Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində kombaynın saman toplayan hissəsində yığılan saman və 50 kvadratmetr biçilmiş taxıl sahəsi yanıb, kombaynın digər hissələri və biçilməmiş taxıl sahəsi yanğından mühafizə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə