"Sahil" metrostansiyasının qarşısında səki genişləndirilir - FOTOLAR

"Sahil" metrostansiyasının qarşısında səki genişləndirilir - FOTOLAR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Bülbül prospektində piyada və mikromobillik vasitələrinin axınını, eləcə də intensivliyi təhlil edib. SİA-nın AYNA-ya istinadən verdiyi məlumata görə, nəticələrə əsasən böyük piyada axını müşahidə edilən "Sahil" metrostansiyasının qarşısında vətəndaşların rahatlığının təmin edilməsi, həmçinin axınların ayrılmasının təmin edilməsi üçün səkinin genişləndirilməsi qərara alınıb.

Artıq bu istiqamətdə işlərə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə