Avtomobillər toqquşub, xəsarət alanlar var

Avtomobillər toqquşub, xəsarət alanlar var

Qazax şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə mərkəzi prospektlərin birində qeydə alınıb.

“Ford” və digər minik avtomobilinin toqquşması nəticəsində azı 3 nəfərin xəsarət aldığı bildirilir. Zərərçəkənlər təcili tibbi yardım briqadası və yaxınlıqdakı vətəndaşların köməyi ilə xəstəxanaya çatdırılıb.

Onların kimliyi dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə