Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs həbs olunub

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları profilaktik tədbirləri davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görülən tədbirlər nəticəsində bu əməllərə yol verən 1996-cı il təvəllüdlü Müşfiq Sərhəngov polis əməkdaşları tərəfindən saxlanılıb.

Müvafiq qərarla M.Sərhəngov inzibati qaydada həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə