135 mina, 615 PHS tapılıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (03.06.2024 - 09.06.2024) açıqlanıb. SİA xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 88 piyada əleyhinə mina, 47 tank əleyhinə mina, 615 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 362,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə