Bakıda bir nəfər dənizdə batıb - YENİLƏNİB

Bakıda bir nəfər dənizdə batıb - YENİLƏNİB

Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi yaşayış massivi ərazisində dənizdə batmış 1979-cu il təvəllüdlü Mirzəyev Mikayıl Rəhim oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə SİA-ya FHN-dən bildirilib.

"Vətəndaş ən yaxın xilasetmə məntəqəsindən 5 km məsafədə nəzarət olunmayan ərazidə batıb", - məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə