Laçında 850 kq çətənə bitkisi məhv edilib

Laçında 850 kiloqram yabanı halda bitən çətənə bitkisi məhv edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" tədbirlər planına uyğun olaraq Zabux çayının sahilində yabanı halda bitən 850 kiloqram 5215 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə