İki yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ölüb

Bakıda 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ölüb. SİA xəbər verir ki, hadisə Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsində qeydə alınıb.

2022-ci il təvəllüdlü Hamza İmanov yaşadıqları evin 6-cı mərtəbəsində yıxılaraq "Kia" markalı avtomobilin üzərinə düşüb. Körpə aldığı xəsarətdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə