64 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, Nardaran qəsəbəsində 1966-cı il təvəllüdlü Ələkbərov Rafiq Səfa oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə