Sumqayıtda gənc oğlanı qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sumqayıtda gənc oğlanı qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB

İyunun 9-da saat 03:00 radələrində Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 1995-ci il təvəllüdlü Bayramov Nicat Əlövsət oğlunun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən SİA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Nüsrət Anar oğlu Həsənəlili polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə