Meşədə azan bacı və qardaş tapılıb...

Meşədə azan bacı və qardaş tapılıb...

...Bir neçə saat əvvəl Sverdlovsk vilayətində itən uşaqlar sağ-salamat tapılıblar.

SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd edək ki, iyunun 4-dən etibarən yüzlərlə xilasedici, polis əməkdaşı və könüllü 13 yaşlı oğlan və onun 11 yaşlı bacısını axtarırdılar.

Deyilənlərə görə, babaları ilə birgə balıq tutmağa gedən uşaqlar,geri qayıdarkən yolda azıblar.

Gecəni açıq havada keçiriblər. Sonradan təqaüdçü baba evə getsə də, nəvələrinin hara yoxa çıxdığını izah edə bilməyib.

Hazırda tapəlan qardaş və bacı xəstəxanaya aparılıb. Uşaqlar yorğun olsalar da, həyatları təhlükədə deyil.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, axtarışlara 654 mütəxəssis və yüzə yaxın texnika cəlb olunubmuş.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə