Gəncə şəhər ərazisində Kəlbəcər rayon sakini B.Heydərov ov silahından açılan atəş nəticəsində aldığı xəsarətlə müalicə aldığı xəstəxanada ölüb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, Kəlbəcər rayon sakini 1981-ci il təvəllüdlü Hikmət Mamedov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
23:03
İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərazisində Kəlbəcər rayon sakini B.Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması və müalicə aldığı xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalarla hadisəni Kəlbəcər rayon sakini H.Mamedov tərəfindən törədilməsi müəyyən olunub. Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB