1 avtomat silahı, 2 tapança və 2 tüfəng təhvil götürülüb - DİN

1 avtomat silahı, 2 tapança və 2 tüfəng təhvil götürülüb - DİN

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya məlumat verilib.

Bildirilib ki, iyunun 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 2 tüfəng və 3 patron darağı təhvil götürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə