Binəqədidə avtomobillər toqquşdu - yaralanan var

Binəqədidə avtomobillər toqquşdu - yaralanan var

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, rayonun Xocasən qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sürücü 1999-cu il təvəllüdlü Kazımov Ruslan Nəsib oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə