Kafedə yanğın olub

Bakının Binəqədi rayonunda yerləşən kafelərdən birində yanğın olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, ümumi sahəsi 100 m² olan taxta konstuksiyalardan ibarət kafenin yanar konstruksiyaları 55 m² sahədə və içərisində 1 ədəd televizor yanıb.

Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 30 m² sahədə və 1 ədəd su qızıdırıcısı əriyib.

Bütün xəbərlər Facebook səhifəmizdə