Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, hadisə bu gün saat 19:30 radələrində baş verib.

Rayon sakini, Məmmədəli Quliyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 2008-ci il təvəllüdlü L.Osmanovanı vurub.

O, müxtəlif dərəcəli xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə