Göyçayda restoran yanıb. SİA xəbər verir ki, hadisə günorta saatlarında rayonun Səməd Vurğun küçəsində qeydə alınıb. İlkin məlumatlara görə, anidən başlayan yanğın qısa zamanda şiddətlənərək bütün restoranı əhatə edib. Yanğın nəticəsində restoranın otaqları, bütün əşyaları, məişət avadanlıqları yanaraq külə dönüb.
Əraziyə Fövqalədə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Ətrafda olan tikililər yanğından mühavifizə edilib, alov söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB