Babək və Şahbuz rayonlarında baş verən yanğınlar söndürülüb - FOTOLAR

Babək və Şahbuz rayonlarında baş verən yanğınlar söndürülüb - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayon Şıxmahmud kəndində ot bağlamalarında, Şahbuz rayon Qarababa kəndində isə həyətyanı sahədə yanğınların baş verməsi barədə məlumatlar daxil olub. SİA xəbər verir ki, məlumatlarla əlaqədar Babək və Şahbuz rayon Dövlət Yanğından Mühafizə hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğınlar qısa müddətdə söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə