Balakən rayonunun Katex kənd sakini, 38 yaşlı Şahid Mehdi oğlu Babayevin meyiti tək yaşadığı evdə aşkarlanıb. SİA xəbər verir ki, Şahid Babayevin həyətyanı sahəsində ot biçməyə gələn fəhlələr onu evdə görməyib və ev sahibini axtarmağa başlayıblar. Bu zaman ot biçən şəxslər həyətdəki köməkçi tikilidə qaz sobasının yanında Şahid Babayevin meyitini görüblər. Onlar hadisə barədə mərhumun yaxınlarına məlumat veriblər.
Mərhumun yeznəsi Elşan Mesedovun verdiyi məlumata görə, mərhum Şahid Babayev hadisə baş verən evdə tək yaşayırdı. Yaxınları bildiriblər ki, o, hərbi xidmətdən gələndən bir qədər sonra əsəb xəstəliyinə tutulub və uzun müddətdir bu xəstəlikdən əziyyət çəkirdi.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB