Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində iyunun 3-də bir yeniyetmənin mobil telefonunu oğurlamaqda şübhəli bilinən S.Hüseynov və F.Tağıyev müəyyənləşdirilərək saxlanılıblar. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmçinin Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə rayon ərazisində yerləşən kafedə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən R.Axundov saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB