İyunun 5-i saat 03:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsinin ərazisində naməlum şəxs Bakı şəhər sakinini döyərək onun 35 manat pulunu, 2 mobil telefonunu və bank kartını əlindən alıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya bildirilib ki, rayon polis idarəsinin 3-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətmiş əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Sahib İsmayılov saxlanılıb.
S.İsmayılov hadisədən sonra zərərçəkənin kartı ilə alış-veriş edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB