Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların aşkarlanması və könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya məlumata verilib.

İyunun 5-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 avtomat silahı, 2 tapança, 1 tüfəng, 4 patron darağı və 46 patron aşkarlanaraq götürülüb.

Həmin gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 qumbara, 6 tüfəng, 1 patron darağı və 105 müxtəlif çaplı patronu təhvil götürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə