Şəhid Sənan Əhmədovla vida mərasimi

Şəhid Sənan Əhmədovla vida mərasimi

İyunun 5-də keçirilən təlimlər zamanı bədbəxt hadisə nəticəsində şəhid olan gizir Sənan Nurəddin oğlu Əhmədovla Şəmkir şəhərində vida mərasimi keçirilir. SİA-nın məlumatına görə, Sənan Əhmədovun vaxtilə yaşadığı binanın önündə təşkil olunan vida mərasimində şəhidin doğmaları ilə yanaşı, Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, çox sayda sakinlər iştirak edir.

Qeyd olunur ki, ailəli olan şəhid S.Əhmədovun övladı da bir müddət əvvəl vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə