Naxçıvanda həftəsonu yağıntılı hava şəraitinin olacağı gözlənilir

Naxçıvanda həftəsonu yağıntılı hava şəraitinin olacağı gözlənilir

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin məlumatına görə muxtar respublika ərazisində isti hava şəraiti davam edir. Mərkəzdən SİA-ya bildirilib ki, iyunun 6-7-də Naxçıvan şəhərində və Şərur rayonunun Arazboyu düzənlik ərazilərində havanın temperaturunun 34-38 dərəcə isti olacağı gözlənilir.

Muxtar respublika ərazisində gözlənilən yüksək temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.

Qeyd edək ki, 8-9 iyun tarixlərdə muxtar respublika ərazisində hava şəraitinin yağıntılı olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə