Bakının Pirallahı rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, 2021-ci il təvəllüdlü Ə.M özünü qəflətən hərəkətdə olan avtomobilin qarşısına atıb.
Nəticədə avtomobil azyaşlını vuraraq xəsarət yetirib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB