Naxçıvana qanunsuz malların daşınmasının qarşısı alınıb

Naxçıvana qanunsuz malların daşınmasının qarşısı alınıb

Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinə daxil olan məlumat əsasında İrandan tranzit keçməklə Bakıdan Naxçıvana qarışıq təsərrüfat malları yükü gətirən Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi “Culfa” gömrük postunda “X-Ray” rentgen qurğusunda yoxlanılıb. Dövlət Gömrük Komitəsindən SİA-ya bildirilib ki, yoxlama zamanı yol-nəqliyyat sənədində qeyd olunan 18 tona yaxın avtomobil ehtiyat hissələrinin İran ərazisində boşaldıldığı və həmin yükün yerinə 17 tondan artıq döşəmə daşının yüklənildiyi müəyyən olunub.

Yükə qanunsuz müdaxilə zamanı istifadə olunan yapışdırıcı və digər vasitələr, qırılıb sonradan yapışdırılmış gömrük təminatları maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə