Şəkidə 9 otaqlı fərdi yaşayış evi yanıb. SİA-nın məlumatına görə, yanğın günorta saat 13 radələrində Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində İslam Əmrahova məxsus 9 otaqlı evdə baş verib. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Yanğının qarşısı alınıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB