Zərdab rayonunda oğrular isti izlərlə saxlanılıb

Zərdab rayonunda oğrular isti izlərlə saxlanılıb

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki fərdi təsərrüfatların birindən xırdabuynuzlu heyvanlar oğurlayan Qismət Şamilov və Surəddin Adıgözəlov saxlanılıblar. SİA xəbər verir ki, araşdırmalar zamanı həmin şəxslərin 7 baş xırdabuynuzlu heyvan oğurlayaraq zərərçəkənə 1850 manat ziyan vurduqları müəyyənləşdirilib.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, hər iki şəxs barədə rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə