İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb - FOTOLAR

İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb - FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsi, ev 8 ünvanında fəaliyyət göstərən “Luna Bistro” ictimai iaşə müəssisəsində yoxlama aparılıb. Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib.

Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, temperatur rejiminin gözlənilmədiyi, qida məhsullarının yuyulması üçün ayrıca yuma çanağının quraşdırılmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı, işçilərin dövri tibbi müayinə olunmadığı və gigiyenik təlimlərə cəlb edilmədiyi aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə