Ötən gün də 1 avtomat və 3 tüfəng təhvil götürülüb - DİM

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mayın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tüfəng və 1 patron darağı təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 2 tüfəng aşkarlanaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə