Paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsində kişi qətlə yetirilib, hadisədə şübhəli bilinən qadın saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Mayın 30-da 09 radələrində 1986-cı il təvəllüdlü İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB