8 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - DİN

Mayın 27-də və 28-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8,2 kiloqrama yaxın narkotik vasitə, həmçinin 121 metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 533 çətənə kolu aşkarlanaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,4 kiloqrama yaxın heroin, 1,2 kiloqrama yaxın marixuana, 5 kiloqram tiryək və 600 qram həşiş olub.

Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə